Tramp İranın son sülh təklifindən də razı qalmadı: "Seçim aydındır: ya razılaşacaqlar, ya da dağıdıcı müdaxiləyə əl atacağıq”

Tramp İranın son sülh təklifindən də razı qalmadı:  \"Seçim aydındır: ya razılaşacaqlar, ya da dağıdıcı müdaxiləyə əl atacağıq”

GÜNDƏM

01.05.2026, 23:26

Donald Tramp bu gün İranın Pakistan vasitəsiylə ABŞ-a göndərdiyi son sülh planı təklifini bəyənməyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

Donald Tramp danışıqlar prosesinin hazırda telefonla aparıldığını bir daha xatırladaraq qeyd edib ki, İran administrasiyası ilə razılığa gəlmək istəyir, ancaq onların bugünki son təklifləri də qanedici deyil: “Bu təklifləri bəyənmədim. Açığı, prosesin kompromislə nəticələnəcəyinə şübhə edirəm. İran tərəfi qəbuledilməz şərtlərdə israrçıdır, onlar intizamsız davranır. İran hakimiyyətində xaotik vəziyyət var, anlayıram. Onlar aralarında konsensusa gələ bilmirlər”.

ABŞ lideri İranın son 40 günlük müharibədə böyük itkilər verdiyni deyib və əlavə edib ki, İranın indiki halı ilə özünə gəlməsi üçün azı 20 il vaxt gərəkdir: “Mövcud böhranın həlli üçün qarşılarındakı variantlar aydındır: ya razılaşacaqlar, ya da dağıdıcı müdaxiləyə əl atacağıq”

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR