Müxalifətin Milli Konqres adlı yeni siyasi birliyi yaranır

 Müxalifətin Milli Konqres adlı yeni siyasi birliyi yaranır

SİYASƏT

22.12.2010, 04:19

Bu gün Müasir Müsavat Partiyasının mərkəzi qərargahında partiyanın sədri Hafiz Hacıyev Azərbaycanda fəaliyyət göstərən bir neçə partiya sədri ilə görüş keçirib. Partiyanın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, görüşdə ölkədə keçirilmiş parlament seçkisinin nəticələri, seçkidən sonra Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyət və partiyaların hazırkı durumu müzakirə mövzusu olub. Müzakirələr zamanı tərəflər ictimai-siyasi vəziyyətə uyğun olaraq sədrlik etdikləri partiyaların siyasi kursunda korrektələr etmək və ya dəyişmək üçün planların hazırlanması qərarına gəliblər. Razılığa gəlinib ki, hazırlanacaq bu plan ictimai rəyə hesablanmalı və gələcəkdə hər hansı bir siyasi proseslərə təsir etmək gücündə olmalıdır. Digər tərəfdən, partiya sədrləri bütün bu yuxarıda sadalananları nəzərə alaraq çox yaxın gələcəkdə Milli Konqres adlı yeni siyasi birliyin yaradılmasıyla bağlı razılıq əldə ediblər. Qeyd edək ki, bu haqda yaxın günlərdə ictimaiyyətə geniş məlumat veriləcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR