Jurnalistika və inkizaf Mərkəzi məhkumların problemini öyrənib

img

20-12-2010 [06:50]


?Azərbaycanda cəza çəkən məhbusları bir sıra problemlər narahat edir. İşsizlik, dərman çatışmazlığı, vərəm xəstəliyinin geniş yayılması, SPİD və narkomaniya ən başlıca problemlərdəndir. Ədliyyə Nazirliyi Penitensiar Xidməti tez-tez həbsxanalara narkotik keçirilməsi hallarının qarşısını alıb aşkar edir. Deməli, həbsxanada narkotikaya tələbat hələ də var. Bilinən və bilinməyən faktlar çoxdur?. Bu fikirləri ?Jurnalistika və İnkişaf Mərkəzi? İctimai Birliyinin sədri Elməddin Muradlı rəhbərlik etdiyi təşkilat tərəfindən həyata keçirilən ?Sosial ehtiyacı olan təbəqələrə hüquqi yardım? layihəsi çərçivəsində görülən işlərə nəzər salarkən açıqlayıb. Onun sözlərinə görə, layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və ?Qaradağ-Sement? ASC-nin maliyyə yardımı ilə həyata keçirilir: ?Layihə çərçivəsində məhkumların hüquqları ilə bağlı geniş bilgilər əldə etdik və onları toplayıb kitabça halında çap edəcəyik. Orada məhbuslarla bağlı geniş yazılarla yanaşı, qanunlardan çıxarışlar da əksini tapacaq. Çünki yerli və beynəlxalq qanunlar məhkumlar üçün çox vacibdir. Hesab edirəm ki, məhbusların hüquqları ilə bağlı BMT-nin hazırladığı sənədlər Azərbaycan üçün vacib bir sənəd kimi qəbul olunmalı və yerlərdə icra edilməlidir. Bu istiqamətdə müəyyən işlər görülüb. Lakin təəssüf ki, rastlaşdığımız mənzərə bizi qane etmir. Bu gün məhbuslar ona görə xəstəliyə yoluxurlar ki, həbsxanada onlar işlə təmin olunmurlar, başlarını qatmağa bir iş yoxdur deyə pis işlərə meyl edirlər. İndi Azərbaycanda müasir standartlara uyğun həbsxanalar, istintaq təcridxanaları tikilir. Lakin burada da köhnə problemlər qalmaqdadır?. Elməddin Muradlı onu da bildirib ki, hazırda məhbusların hüquqları ilə bağlı vəziyyət bir qədər normallaşıb. Bu da həm yerli, həm də xarici hüquq-müdafiə təşkilatlarının həbsxanala olan diqqətinin bəhrəsidir. O cümlədən penitensiar sistemda aparılan islahatlardan sonra da müəyyən dəyişikliklər müşahidə olunub: ?Biz layihə çərçivəsində çoxlu araşdırmalar aparmışıq və mətbuatda çap olunub. Ümid edirəm ki, bundan sonra vəziyyət daha da yaxşılaşacaq. Onu demək istəyirəm ki, bu gün Azərbaycanda həbsxanada olan məhbusla azadlığa çıxan məhbus arasında fərq çox azdır. Məsələn, həbsxanada olan məhbus da iş tapıb başını qata bilmir, azadlığa çıxan keçmiş məhbus da. Nəticədə, hər ikisi bəd əməllər törətməyə başlayırlar. İçəridəki daxili nizam-intizamı pozur, başqa əməllərə əl atır. Çöldəki də yenidən cinayət törədib həbsə düşür. Həbsdən azad olunan insanlara qarşı münasibət hələ də dəyişməyib. Cəmiyyət təsadüfən cinayət törədib həbsə düşənlə cinayətkar aləmə qoşulan şəxsi tam ayıra bilmir. Həbsdən azad olunan adam iş tapa bilmir, sənədlərin qaydaya salmaq üçün min bir əzabla üzləşir. Bu o deməkdir ki, həbsə düşən adam cəmiyyətdən təcrid olunur. Təkrar cinayət törətməyə meyl edənlərin əksəriyyəti bu kimi arqumentlər səsləndirirlər. Düzdür, bu onlara haqq vermir ki, təkrar cinayət törətsinlər. Amma nəticə etibarilə, biz bu məqamlara diqqət yetirməliyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR