BAXCP hakimiyyətin siyasətinə qarzı çıxdı

img

20-12-2010 [03:17]


Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, əhalinin elektrik enerjisi, su və qazla təminatının narahatlıq doğurduğu bildirilib. Xüsusilə də rayonlarda, kəndlərdə bu sahədə təminat acınacaqlı vəziyyətdə olduğu vurğulayıb: ? Azərbaycan özü xarici ölkələrə iri həcmdə qaz satdığı, qonşu ölkənin kəndlərini belə qazlaşdırdığı, infrastrukturunu yenidən qurduğu bir halda ölkə daxilində əksər kəndlər "mavi yanacaq" üzünə həsrətdir. Hətta yerli istehlakçılara qazın öz maya dəyərindən 2-3 dəfə baha satılmasına baxmayaraq hələ də ölkədə qazlaşdırılmayan böyük kəndlər, qəsəbələr belə var. Şəhər yerlərində də enerji ilə təminatda ciddi problemlər mövcuddur. Paytaxt Bakıda yüzlərlə yeni binalar tikilsə də onlara qaz verilmir?. BAXCP hökuməti bu sahədəki hərc-mərcliyə son qoymağa və nizam-intizam yaratmağa çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA