Mərkəzi Bank iki bankın fəaliyyətinə xitam verdi

Mərkəzi Bank iki bankın fəaliyyətinə xitam verdi

İQTİSADİYYAT

01.12.2010, 12:45

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə fəaliyyətdə olan ?Debütbank?ASC və ?Kövsərbank?ASC-nin lisenziyaları ləğv edilib. Mərkəzi Bankın mətbuat xidmətindən verilən məlumata görə, minimum məcmu kapital tələbinə əməl etmədiyinə, bank qanunvericiliyinin tələblərini pozduğuna, o cümlədən idarəetməni və cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə Mərkəzi Bankın ardıcıl və davamlı göstərişlərinə riayət etmədiyinə görə ?Debütbank? ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 30.12.1994-cü il tarixli, 233 saylı lisenziya, ?Kövsərbank? ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 21.12.1992-ci il tarixli, 92 saylı lisenziya ləğv edilib. Həmin qərarla ?Debütbank? ASC və ?Kövsərbank? ASC-yə müvəqqəti inzibatçılar təyin edilib. Müvəqqəti inzibatçılar bankların yerləşdiyi müvafiq ünvanlarda fəaliyyət göstərir (?Kövsərbank? ASC-nin ünvanı: Bakı şəhəri, B.Məcidov küçəsi 44/46, ?Debütbank? ASC-nin ünvanı: Bakı şəhəri, A.Neymətulla küçəsi,79). Qeyd edək ki, ?Debütbank? ASC-nin lisenziyası ?Banklar haqqında? Azərbaycan Respublikası Qanununun 16.1-ci, 16.1.6-cı, 16.1.8-ci, 16.1.9-cu və 16.1.18-ci maddələrinə əsasən,?Kövsərbank? ASC-nin lisenziyası həmin Qanunun 16.1-ci, 16.1.6-cı, 16.1.9-cu, 16.1.10-cu və 16.1.18-ci maddələrinə əsasən ləğv edilib. ?Banklar haqqında? Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq ?Debütbank? ASC və ?Kövsərbank? ASC-nin bank lisenziyalarının ləğv olunması barədə qərar dərc edildiyi günün ertəsi günündən qüvvəyə minir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR