Şahin Diniyev ?Terek?dən istefa verdi

img

29-11-2010 [01:54]


Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev Rusiyanın ?Terek? klubunun böyük məşqçisi postundan istefa verib. Bu haqda Lent.az-a 44 yaşlı mütəxəssisin özü məlumat verib. Onun sözlərinə görə, Çeçenistan paytaxtı Qroznını təmsil edən komandadan öz istəyi ilə ayrılıb. Diniyev ailə vəziyyətini səbəb göstərib: ?Klub rəhbərliyi məni komandada saxlamaqda israrlı idi. Lakin özüm Bakıya qayıtmaq istədiyimi bildirdim. İki ilədək ailədən kənarda yaşamaq həqiqətən də çətin idi. Düzdür, peşəkarlıq baxımından bu, normal haldır. Amma onu da nəzərə almaq lazımdır ki, ömür qısadır. Ailənin qayğılarına da vaxt ayırmaq lazımdır?. Hələlik heç bir klubdan təklif almadığını deyən həmyerlimiz bir müddət istirahət edəcəyini vurğulayıb. Qeyd edək ki, Şahin Diniyev 2009-cu ildən ?Terek?də çalışırdı. "Terek" bu mövsüm Rusiya çempionatını 33 xalla 16 komanda arasında 11-ci yerdə başa vurub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA