Fərid Əhmədovun xatirəsinə həsr edilmiz Şahmat Turnirinə start verilib

img

11-11-2010 [12:20]


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Respublika Şahmat Mərkəzində tələbələr arasında ?İgidliyə görə? medalı ilə təltif edilmiş, baş leytenant Fərid Əhmədovun xatirəsinə həsr olunmuş Şahmat Turnirinə start verilib. ATGTİ-nin mətbuat katibi Məcid Musayevin MİA-ya verdiyi xəbərə görə, Turnir Dövlət və Özəl Ali Təhsil Müəssisələri daxil olmaqla 26 universitetdən 26 oğlan və 26 qızın iştirakı ilə keçdi. Turnir iştirakçılarının qarşısında çıxış edən Azərbaycan Dövlət Neft Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri Şəhriyar Mirzəyev onlara Fərid Əhmədov barəsində məlumat vermiş, onun şücaəti haqqında danışmışdır. Qeyd etmişdir ki, F.Əhmədov Qarabağ bölgəsində 2010-cu il sentyabrın 4-də Ermənistan ordusunun növbəti hücumunu dəf edərkən qəhrəmanlıq göstərərək şəhid olub. Ermənilər 2010-cu il noyabrın 6-da onun meyitini qaytarıb. Tədbirin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canlarından keçmiş şahidlərin xatirəsini yad etmək, onları gənclərə tanıtmaq, eyni zamanda gənclərin asudə vaxtını düzgün təşkil etməkdən ibarətdir. Qeyd edək ki, turnir noyabrın 11-nə qədər davam edəcək və 1,2,3-cü yer tutmuş tələbələr sertifikatlar və xatirə hədiyyələri ilə təltif olunacaqlar. Bu turnir ATGTİ?nin Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının və vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinə həsr etdiyi silsilə tədbirlərdən ikincisi idi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA