Komitə sədrinin müavini naziri əvəzlədi - ABB-də yeni dəyişikliklər

img

11-05-2018 [17:57]


Bu gün "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının ümumi yığıncağı keçirilib. 

Mia.az ABB-yə istinadən bildirir ki, yığıncaqda Bankın Müşahidə Şurasının (MŞ) tərkibində dəyişiklik edilib.

Ölkə prezidentinin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmiş Sahil Babayevi MŞ-da Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rüstəm Şahbazov əvəz edib. 

Toplantıda MŞ-nın Əsasnaməsi də təsdiqlənib. Şuranın və Audit komitəsinin işlərinin təşkili ilə bağlı digər məsələlərə baxılıb, o cümlədən Audit Komitəsinin yeni tərkibi formalaşdırılıb. Azad Məmmədov Audit Komitəsinin sədri, Zamiq Məmmədov və Vüqar Bədəlov isə Komitə üzvləri təyin edilib.

Eyni gündə MŞ-nın da növbəti iclası olub. İclasda əvvəlcə ABB-nin 2018-ci ilin 4 ayı üzrə maliyyə nəticələrinə dair hesabat dinlənilib.

 Sonra MŞ-nın səlahiyyətlərinə aid olan kredit müraciətlərinə və digər bir sıra məsələlərə baxılaraq müvafiq qərarlar qəbul edilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA