Nazir pambıqçılarla görüşə getdi - FOTO

img

11-05-2018 [10:24]


Nazir İnam Kərimov bölgələrə səfəri çərçivəsində Ağdam rayonunun Quzanlı qəsəbəsində pambıq istehsalçıları ilə görüşüb. 

Nazir pambıq istehsalçılarına bu sahənin ölkə başçısının birbaşa diqqətində olduğunu, pambıqçılığa çoxşaxəli dövlət dəstəyinin mövcudluğunu və qarşıya qoyulan hədəflər barədə söhbət açıb. Həmçinin, İnam Kərimov pambıqçılıqda məhsuldarlığın artırılması üçün intensiv kənd təsərrüfatı və müasir-innovativ texnologiyaların tətbiqini də pambıqçılara tövsiyə edib.

Fermer və sahibkarlar da öz növbəsində rayonda pambıqçılığın inkişafı məqsədilə əlavə artezian quyularının qazılmasını, suvarma şəbəkəsinin inkişaf etdirilməsini, kooperasiyaların yaradılmasını, bu sahədə rayondakı qabaqcıl fermerlərin və xarici təcrübənin öyrənilməsini təklif ediblər.

Sonda nazir İnam Kərimov və fermerlər pambıqçılığın inkişafı üçün geniş fikir mübadiləsi aparıblar.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA