Ləğv prosesində olan 5 bankın 8 əmlakı icarəyə verilir - Fondan açıqlama

img

17-04-2018 [14:44]


Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan banklara məxsus 8 əmlakın icarəyə verilməsi ilə bağlı hərrac keçirəcək.

Fonddan verilən məlumata görə, ləğv prosesində olan "Texnikabank" ASC-yə və "Bank of Azerbaijan” ASC-yə məxsus avtomobillərin icarəyə verilməsi ilə bağlı hərrac mayın 16-da keçiriləcək.

Bundan başqa, mayın 16-da ləğv prosesində olan "Texnikabank” ASC-yə məxsus 2 ofis və bir qeyri-yaşayış sahəsi, "Yunayted Kredit Bank” ASC-yə məxsus ticarət obyekti, QSC "Bank Standard” KB-yə və "Dəmirbank” ASC-yə məxsus qeyri-yaşayış sahələrinin icarəyə verilməsi ilə bağlı hərrac keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA