Bakıda dollar və rublun satışı dayandırıldı? – Banklarda müəmmalı vəziyyət+Açıqlamalar

img

13-04-2018 [14:48]


Paytaxt Bakıda yerləşən banklarda dolların satışının dayandırılması ilə bağlı məlumatlar yayılıb. Sakinlər 2 gündür ki, banklardan dollar əldə edə bilmədiklərini deyiblər.

Mərkəzi Bankdan bildirilib ki, dolların satışının dayandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bank əməkdaşı dolların satışında heç bir problemin olmadığını, satışın davam etdiyini deyib.

"Kapital Bank”ın mətbuat xidmətinin əməkdaşı Rüstəm Məmmədov da dolların satışı ilə bağlı hər hansı problemin olmadığını bildirib. Onun sözlərinə görə, "Kapital Bank”ın bütün filiallarında hazırda dolların satışı həyata keçirilir.

"Unibank”dan da hazırda dollar alğı-satqısı ilə bağlı problem yaşanmadığı açıqlanıb:

"Bütün müştərilər yaşadığı əraziyə ən yaxın filialımıza müraciət edərək dollar ala bilər. Məsələn, 7-ci mikrorayon ərazsində yaşayan vətəndaşlar dollar almaq üçün "Gənclik” (Atatürk prospekti 2a), yaxud da "Əcəmi” filiallarımıza müraciə edə bilər”.

"Əmrah Bank”dan isə bildiriblər ki, bu gün saat 13:00-dan dollar satışı başlayıb:

"Dolların satışı dayandırılmayıb. Mərkəzi Bankla əlaqədar olaraq, satış saat 13:00-dan başlayıb. Hazırda istənilən şəxs filiallarımıza yaxınlaşaraq, dollar ala bilər”.

"Ekspress Bank”dan da dollar satışının dayanmadığı qeyd edilib: "Bizim bankda dollar satışı dayandırılmayıb. İstənilən şəxs filliallarımıza yaxınlaşaraq, kassanın cari durumuna uyğun dollar ala bilər”.

"Turan Bank”ın əməkdaşı Ülviyyə Kərimli də satışın dayandırılmadığını və dollar almaq istəyən şəxslərin "Turan Bank”ın istənilən filialına yaxınlaşaraq, dollar ala biləcəyini bildirib.

Qeyd edək ki, ölkəmizdə iki gündür dolların satışının dayandırılması ilə bağlı müxtəlif şəxslər tərəfindən məlumatlar yayılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA