""Lukoil"də baş redaktorun başına gələn hadisə: "58 litr tutan baka 63 litri necə vura bilərlər?"

img

12-04-2018 [14:17]


"Belə şeylər yalnız bizdə olur, yoxsa? Bu gün "Lukoil"in benzin doldurma məntəqəsində mənim avtomobilimin 58 litr benzin tutan bakına 63 litr "benzin" vurdular. "Lukoil"in işçisi  üzümə sirəndi k,  sənin maşınının bakı 65 litr tutur".

Mia.az xəbər verir ki, bunu  "Avropa.info" saytının Baş redaktoru Ruslan Bəşirli sosial şəbəkədəki öz səhifəsində yazıb.

Baş redaktor bildirib ki, işi çox olduğundan məsələni !zapravka"da çox uzatmayıb: "Pulunu ödəyib, çıxıb getdim. Məndən artıq aldığınız 4 manat 50 qəpik haramınız olsun deyirəm, başqa da bir söz demirəm".

Məsələyə qarşı tərəfin reaksiyasını da dərc etməyə hazırıq.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA