"Müxtəlif variantlardan biri seçilməlidir" - Samir Şərifov ölkə iqtisadiyyatı haqda açıqlama

img

11-04-2018 [12:34]


 "Azərbaycanda ehtiyatlı iqtisadi siyasəti bundan sonra da davam etdirməliyik".

Bunu maliyyə naziri Samir Şərifov deyib. 

"Azərbaycan hökuməti iqtisadi siyasətini neftin qiyməti ilə sıx bağlamamağa çalışır. Bu ilin dövlət büdcəsində neftin qiyməti bazar qiymətindən xeyli aşağı götürülüb. Hesab edirəm ki, bu ehtiyatlı iqtisadi siyasət bundan sonra da davam etdiriləcək", - o, bildirib. 

Nazirin sözlərinə görə, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sağlamlaşdırılması və bu çərçivədə bankın toksik aktivlərdən təmizlənməsi prosesi artıq başa çatdırıb: "Bu da imkan verir ki, bankın özəlləşdirilməsi məsələsi daha da aktuallaşsın. Məsələ ilə əlaqədar ölkə prezidentinin müvafiq sərəncamı var, nəzərdə tutuilub ki, sağlamlaşdırma prosesi başa çatdırıldıqdan sonra bank özəlləşdirməyə açıq elan oluna bilər. Bu prosesin həyata keçirilməsi müəyyən hazırlıq işlərin tələb edir. Bankın maliyyə vəziyyəti artıq tam sabitdir,  2017-ci ilin yekunlarına dair hesabat dərc ediləcək. Bu da onu göstərəcək ki, bank artıq gəlirli maliyyə institutuna çevrilib. Beləliklə, özəlləşdirmə ilə hazırlıq işlərinə start verilə bilər. Ancaq, bu, vaxt aparan prosesdir, çünki müxtəlif variantlardan biri seçilməlidir". 

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA