Azərbaycan bankları nağd dollar alışını 2 dəfə artırıb - Nə baş verir?

img

10-04-2018 [11:58]


Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları bu ilin fevral ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhalidən 71,272 mln. ABŞ dollarının xalis alışını həyata keçirib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, yanvarda olduğu kimi fevralda da dollar alışı dollar satışını üstələyib. Bundan başqa, əvvəlki ayla müqayisədə alış 2 dəfədən çox artıb.

Hesabata əsasən, fevralda banklar əhalidən 222,427 mln. nağd dollar alıb, əhaliyə 151,155 mln. nağd dollar satıb.

İki ay ərzində isə xalis alış 104,452 mln. dollar, o cümlədən alış 418,095 mln. dollar, satış isə 313,643 mln. dollar təşkil edib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA