Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankından 225 milyon avro borc alıb - 7.99 faizlə

img

09-04-2018 [13:32]


Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 2018-ci ilin yanvar-fevral aylarında Azərbaycana ayırdığı vəsaitlərin ümumi həcmi 225 mln. avro və yaxud 7,99% artaraq 2018-ci il martın 1-nə 3,042 mlrd. avro təşkil edib.

Mia.az "Report”a istinadən xəbər verir ki, verilmiş borclarda özəl sektorun payı 7 faiz bəndi azalaraq 26% olub.

Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı isə dəyişməyib və ilin əvvəlində olduğu kimi 165 olaraq qalıb.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın EBRD-yə ödənişlərinin həcmi 139 mln. avro və yaxud 7,02% artaraq 2,119 mlrd. avroya çatıb. Bankın Azərbaycandakı əməliyyat aktivləri isə 152 mln. avro və yaxud 21,78% böyüyərək 850 mln. avro olub.

Hesabat dövründə EBRD-nin ölkədə maliyyələşdirdiyi layihələr üzrə cari portfelin həcmi isə 242 mln. avro yaxud 20,58% artaraq 1,418 mlrd. avroya bərabər olub.

EBRD-nin Azərbaycandakı aktiv layihə portfelində də dəyişiklik baş verib. Belə ki, bu layihələrin sayı 3 vahid yaxud 6% azalaraq 47-yə düşüb.

Bankın Azərbaycandakı portfelində isə dəyişiklik olmayıb. Belə ki, ötən ilin oktyabrından bəri səhm payı 2% olaraq olub.

EBRD-nin cari portfelinin 49,37%-i yaxud 700 mln. avroluq hissəsi enerji, 42,38%-i yaxud 601 mln. avroluq hissəsi infrastruktur, 5,15%-i yaxud 73 mln. avroluq hissəsi sənaye, kommersiya və aqrobiznes, 45 mln. avroluq yaxud 3,17%-lik hissəsi isə maliyyə institutlaşması üçün ayrılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA