1 kiloqramı 18-20 manat, illik büdcəsi 20 milyonu aşan dombalan... - Kimin monopoliyasındadır? + VİDEO

img

08-04-2018 [10:41]


Ölçüsü kiçik, görünüşü daha çox kartofa bənzəyən bu bitkinin 1 kiloqramı 18-20 manata satılır. Söhbət dombalan kimi tanınan göbələkdən gedir. Hazırda bitkinin yığımı aparılır.

Xəzər TV xəbər verir ki, bu bitki heç bir qulluq tələb etmir, təbii şəraitdə düzənlik ərazilərdə yetişir. Yaz yağışı isə ona can verir.

Göbələyin bir növü olan bitkini yerli sakinlər "dombalan" adlandırır. Səbəb isə onun tam yetişdikdən sonra torpağı şişkin göstərməsidir. Yaz yağışlarının ardından çıxan bitki əllə yığılır. Tryufel Goranboyda Rəhimli və Veyisli kəndlərinin ərazisində daha çox yetişir. Yerli sakinlərin sözlərinə görə, bitkinin yığımı dekabrdan may ayına qədər davam edir.

Şəkər və qan-damar xəstəliklərinin dərmanı hesab edilən bitkinin yığımı o qədər də asan deyil. Elə bu səbəbdən tryufelin qiyməti də yüksəkdir. Yerli sakinlər dombalanın quzu ətindən baha olduğunu deyirlər. Göbələkdən çox kartofa bənzəyən bitkidən müxtəlif təamlar hazırlanır.

Tryufel daha çox İspaniya, İtaliya və Fransada məşhurdur. Hətta XV əsrdə dombalanın rahat tapılıb yığılması üçün müxtəlif heyvanlar da əhliləşdirlirmiş.

Yeri gəlmişkən, qeyd edək ki, bu dombalan ölkənin bəzi bölgələrində də yetişir. Və çox maraqlıdır ki, Azərbaycanda bu dombalan biznesinin başında  konkret bir yüksək vəzifə sahibinin durduğu haqda da məlumatlar var. İddialara görə, bu məhsulun illik biznes büdcəsi 20 milyonu aşır...

Mia.az 




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA