Bu bankların əmlakı satıldı: "Toyota Avalon", 5 ədəd "Toyota Corolla", 4 ədəd "Hyundai Accent"...

img

05-04-2018 [19:00]


Əmanətlərin Sığortalanması Fondu (ADIF) Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə martın 27-də və aprelin 3-də ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakların satışı üzrə açıq hərrac keçirib.

ADIF-dan Mia.az-a verilən məlumata görə, hərracın nəticələrinə əsasən, ləğv prosesində olan QSC "Bank Standard"ın balansındakı 1 ədəd "Toyota Avalon", 5 ədəd "Toyota Corolla", 2 ədəd "Mitsubishi Lancer", 4 ədəd "Hyundai Accent", 1 ədəd "Daewoo Nexia", 1 ədəd "Jeep Grand Cherokee" minik avtomobilləri və 2 ədəd bankomat satılıb.

Ləğv prosesində olan "Kredobank" ASC-nin balansındakı qeyri-yaşayış sahəsi, 1 ədəd "Lexus LS460" avtomobili və ləğv prosesində olan "Texnikabank" ASC-nin balansındakı 1 ədəd "QAZ-3302-18" yük avtomobili satılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA