Kriptovalyuta bazarında nə baş verir? - Virtual pullar "çökür"

img

05-04-2018 [13:36]


Kriptovalyuta bazarında qiymətlərin ucuzlaşması davam edir.

Ucuzlaşma bütün virtual pulların qiymətində özünü göstərib. Belə ki, dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti 7 min dollardan da aşağı satılır.

Daha dəqiq desək, Trend-in "CoinMarketCap" portalına istinadən məlumatına görə, bitkoinin qiyməti 6,41% ucuzlaşaraq 6,86 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətində də ucuzlaşma baş verib. Belə ki, "Ethereum" 5,1% və ya 382,6 dollaradək, "Ripple" 6,11% (0,501 dollara qədər), "Bitcoin Cash" isə 6,47% (642,59 min dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 258,2 milyard dollar təşkil edir. Bu göstəricinin 45%-ə yaxını bitkoinin payına düşür.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA