01-03-2018 [21:05]
Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətində işçilərə qarşı ayrı-seçkilik edilir.
Bunu "Yeni Müsavat”a xidmətin əməkdaşı Oruc Orucov deyir.
O.Orucov bildirir ki, 2012-ci ildən Kənd Təsərrüfatı Nazirliyinin Seleksiya nailiyyətlərinin sınağı və mühafizəsi üzrə Dövlət Komissiyasında işləyib.
Bundan əvvəl isə İqtisadiyyat Nazirliyi və digər dövlət qurumlarında çalışıb:
"Ali təhsilli kənd təsərrüfatı mütəxəssisiyəm. Heydər Əsədov nazir təyin olunduqdan sonra mənimlə görüşdü, öz sahəm üzrə işi irəliyə aparmaq üçün təkliflər verməyimi istədi. Mən də təkliflərimi təqdim etdim. Nazir dedi ki, bəs sən savadlı, bacarıqlı adamsan, mənə belə adamlar lazımdır, get, səni işlə təmin edəcəm. Bu söhbətdən bir qədər sonra komissiya və digər 2 təşkilatın bazasında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti yaradıldı. Xidmətə heç kimin tanımadığı Möhtəsim Əhmədov rəis təyin olundu.
2016-cı ilin yanvarında xidmətin aparatının işçilərinin siyahısı açıqlandı, baxdım ki, mənim adım yoxdur. Getdim Möhtəsim Əhmədovun yanına, dedi ki, nazirin göstərişi var 50 yaşdan yuxarı işçiləri götürmürük. Dedim, necə ola bilər ki, sizin 60 yaşınız var, götürdüyünüz müavin mənimlə eyni yaşdadır. Bu prinsip hamı üçün deyil?
Altı ay işsiz qaldıqdan sonra məni göndərdilər Xırdalanda yerləşən Kimya Texnologiyaları Laboratoriyasına baş mütəxəssis – 185 manat maaşla.
Oruc ORUCOV
2015-ci ilin fevralında Xırdalanda rayon idarəsinin təməli qoyulub, 3 mərtəbəli bina tikilib. Amma hələ də tikinti-təmir başa çatmayıb, heç bir iş şəraiti yoxdur. Təsəvvür edin, istilik sistemi yoxdur, tualeti yoxdur, yarımçıq tikili necə olacaq?
Möhtəsim Əhmədov demişdi ki, guya 1 aydan sonra aparatdakı işimə qaytaracaqlar, amma əməl etmədilər. Sadəcə, vəzifəmi dəyişib, maaşımı 310 manata qaldırdılar. Bu pulla ailə dolandırmaq olarmı? Dəfələrlə nazirə müraciət etdim ki, o xidmətdə dövlət qulluqçusu statusu olan yalnız mənəm, neçə illik stajım var. Necə olur ki, dövlət qulluqçusu olmayanları dövlət qulluğuna götürürsünüz, məni isə Xırdalana sürgün edirsiniz? Axı günahım nədir ki belə münasibət görürəm?!”
O.Orucov deyir ki, nazir Heydər Əsədovun qəbuluna gedərək M.Əhmədovun korrupsiya əməlləri barədə ona məlumat verib: "Nazir məni qəbul edəndə soruşdu ki, neqativ əməllərin, korrupsiyanın qarşısını necə almaq olar ki, kəndli-fermerlərə ayrılan subsidiyalar, yanacağa görə ödənişlər gedib özlərinə çatsın? Mən də dedim ki, yeni yaratdığınız qurumun sədri Möhtəsim Əhmədov bir qrup adamla əlbir olub korrupsiyaya girişiblər, saxtakarlıq edirlər.
Sahibkarları aldadırlar, rüşvət almadan subsidiya vermirlər. Söhbət toxumçuluq və tingçilik təsərrüfatlarından gedir. Hətta nazirə məruzə etdim ki, Hacıqabul rayonunda 1 torpaq sahəsinə görə 3 toxumçuya subsidiya ayırıblar. Bu faktı nazirliyin maliyyə şöbəsi araşdırıb ortaya çıxartmışdı, amma nazirdən gizlədirdilər.
Nazir də bir az qəzəbləndi ki, tədbir görəcəm. Amma sonradan məlum oldu ki, Möhtəsim Əhmədov özü nazirin qohumudur, yaxın münasibətləri var. Ona görə də məni düşmən elan ediblər. Təsəvvür edin, ilin sonunda hesabda qalan pulları ayrı-ayrı şəxslərə böyük mükafatlar şəklində yazırlar, hesablarına köçürürlər. Sonradan həmin adamlara deyirlər ki, pul sizə səhvən köçüb, onu geri qaytarın.
Bəziləri buna etiraz edəndə hesab nömrələri veriblər ki, guya artıq olan pulu ora köçürsünlər. Sonra da həmin pulları özləri mənimsəyirlər. Yaxud istismar müddəti bitən maşınlara da yanacaq, sürtkü yağı üçün pul yazırlar. Seleksiya işləri ilə məşğul olan sort-sınaq məntəqələri var 14 yerdə. Həmin müəssisələrin rüblük gəlirləri olur. Mən işləyən dövrdə həmin gəlirləri gətirib nazirliyin mühasibatlığına ödəyirdilər, əvəzində qəbz alırdılar. İndi aldığım məlumata görə, o pulları Mötəsim Əhmədov şəxsən alır, heç bir qəbz də verilmir. Bunların hamısını nazirə demişdim. Kimya Texnoloji Laboratoriyaya 2015-ci ildə 125 min manat ayırıb təmir etdilər, bir il keçməmiş sökdülər ki, üstünü mansard etsinlər. Biz də qaldıq havada”.
O.Orucov deyir ki, qanunvericiliyə əsasən korrupsiya haqqında məlumat verən şəxsləri və onların ailələrini dövlət qorumalıdır. Buna əsasən hüquq-mühafizə orqanlarından özünün və ailəsinin qoruma altına alınmasını tələb edir.
O.Orucovun sözlərinə görə, hara müraciət edirsə, şikayətlərini göndərirlər nazirliyə: "Mənim şikayətlərimi niyə qaytarıb ora göndərirlər, axı mən elə oradan şikayətçiyəm? İki ildir nazir məni qəbul etmir. Sonradan öyrənmişəm ki, mənim işimi əngəlləyən keçmiş iş yoldaşım olan bir qadındır – Afaq Abbasova. Onu seleksiya sahəsinə rəhbər qoyublar. İndi eşitmişəm ki, məni məhkəməyə veriblər, guya A.Abbasovanın şərəf və ləyaqətinə toxunan, onu təhqir edən ifadələr işlətmişəm”/musavat.com
Qeyd: İsrarlı cəhdlərimizə rəğmən, KTN-dən yazıda qeyd olunanlarla bağlı mövqe ala bilmədik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Sabahın hava proqnozu açıqlanıb
Hərbi xidmətə çağırış: müayinə qaydası dəyişir
Abid Şərifovla "Rabitəbank"ın arasında nə baş verir? - Qalmaqal
Aktrisa aktyorla sevgisini etiraf elədi: "Çox xoşbəxtəm”
Komissiya: "73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb"
Bakıda 1 762 600 ədəd aksiz markasız tütün məmulatı aşkarlanıb
Girovgötürmə, zorlama və...- Bakı şəhər İcra Hakimiyyətinin xanım işçisi ilə bağlı sensasion məhkəmə işi....
Vilayət Eyvazov baş inspektoru rəis təyin edib
Dövlət Komitəsinin məsul şəxsinin oğlu elə hərəkət edib ki...
Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib - Nələr müzakirə olunub?
Xalq artisti efirdə ağladı: “Ona halallıq vermirəm” - VİDEO
Bayden Misir prezidenti və Qətər əmirindən HƏMAS-a təzyiq etmələrini istədi: "Əgər İsrailin təklifi qəbul ediləsə..."
Keçmiş spiker maraqlı fakt açıqladı: "Əlindən tutub deputat elədiklərim qaçıb gizləndi..." - "O, mənim qəhrəmanımdır"
"Fənərbağça" pulsuz göndərdi - PAOK "can çəkir"
TÜRKİYƏDƏ DAHA 6 MAFİYA ÇÖKƏLDİLDİ - 46 nəfər saxlanılıb
Aralıq dənizində yenə zəlzələ olub
Azərbaycan nefti bir dollara yaxın ucuzlaşıb
Laçın və Zabux kəndinə növbəti köç olub
12 milyonluq ulduz indi cəmi 21 manata futbol oynayır - Açıqlama
Sergen Yalçın: "Mən və köməkçilərimin maaşı vaxtında verilir, futbolçuların isə..."
"Konyaspor"un yeni baş məşqçisi bəlli olub
Türkiyənin ən böyük büdcəyə sahib 30 bölümlü serialı çəkilir - Məşhur oyunçulara rollar verilib
23 yaşlı model salonda güllələndi - FOTOLAR
Blinken Ər-Riyadda: "Qəzzada müharibə bitməlidir"
Türkiyə kəşfiyyatı terrora hazırlaşan 15 PKK-lını zərərsizləşdirib
Borrell Dünya İqtisadi Forumunda: "Bir çox Aİ ölkələri Fələstin dövlətini tanımağa hazırlaşır"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan CHP sədri ilə görüşəcək - Tarix bəlli oldu
Göyçayda vəhşət: oğul 53 yaşlı atasını döyərək öldürüb (Yenilənib)
Zelenski NATO Baş katibi ilə bir arada: "Rusiya yeni hücuma hazırlaşır" - Ukrayna Alyansa üzv olmaq istəyir
Mehriban Əliyeva: "Əməyinə və iradənə görə çox sağ ol!"
Ukrayna Azərbaycana yeni səfir göndərib (Yenilənib)
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
Qarabağ zonası minalardan təmizlənir
Sabiq rəis generalı ittiham edir, “Azərsun Holdinq”in adını çəkir: "800 min manatı generala verdim" - General və keçmiş idarə rəislərinin məhkəmə prosesi
Bakıda beynəlxalq oyun festivalı və konfrans keçiriləcək
Dövlət Su Ehtiyatları Agentliyi haqda yeni qərar imzalanıb
"Nar" hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Partiya sədrindən Nizamidəki özbaşınalığa etiraz: "İcra Hakimiyyəti kimlərə xidmət edir?" - VİDEO
İsa Qəmbər yenidən başqanlığa namizəd oldu