"“DəmirBank” ASC-də qorunan əmanətlər üzrə 43,2 milyon manatdan artıq kompensasiya ödənilib" - Fonddan açıqlama

img

01-03-2018 [15:47]


Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğv prosesində olan "DəmirBank” ASC-də qorunan əmanətlər üzrə 43,2 milyon manatdan artıq kompensasiya ödəyib.

Fonddan Mia.az-a verilən məlumata görə, kompensasiyaların ödənilməsinə fevralın 1-dən başlanılıb.

ƏSF ləğv prosesində olan "DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsində yenilik tətbiq edib. Belə ki, Azərbaycan Respublikasının iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatları nəzərə alaraq, ləğv prosesində olan "DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada "Kapital Bank” ASC-nin adlı debet kartları və "Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir: "Bu addım ödəniş prosesinin şəffaf keçirilməsinin bariz nümunəsidir və qorunan əmanətçilər tərəfindən rəğbətlə qarşılanır. Kompensasiyaların ödənilməsi "KapitalBank” ASC-nin 26 filialında aparılır.

Ləğv prosesində olan "Dəmir Bank” ASC-də qorunan əmanətçilər kompensasiyaların ödənilməsi üçün 1 (bir) il müddətində müraciət edə bilərlər".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA