Mingəçevirdə zirzəmidə köməksiz vəziyyətdə tapılan körpə ilə bağlı - AÇIQLAMA

img

13-10-2025 [16:22]


Mingəçevir şəhərində zirzəmidə köməksiz vəziyyətdə tapılan körpə ilə bağlı müvafiq addımlar atılacaq.

Bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə altsisteminə məlumat daxil olan kimi Agentliyin əməkdaşları prosesə cəlb olunub.

"Əməkdaşlarımız tərəfindən sözügedən uşağın yerləşdirildiyi səhiyyə müəssisəsinə baş çəkilib və körpənin ilkin qiymətləndirilməsi aparılıb. Müayinə, müalicə və qiymətləndirmə prosedurları bitdikdən sonra körpənin yaşına və sağlamlıq vəziyyətinə uyğun olaraq müvafiq addımlar atılacaq"(Report).

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA