Bakıda metro çıxışlarında bayram yarmarkaları açılacaq - Artıq çadırların quraşdırılmasına başlanılıb

img

01-03-2018 [10:40]


Bakıda Novruz bayramı ilə bağlı bayram yarmarkaları üçün nəzərdə tutulan çadırların quraşdırılmasına başlanılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov "Report"a bildirib ki, yarmarkalar paytaxtın 10 nöqtəsində fəaliyyət göstərəcək.

Artıq yarmarkalardan 8-i açılıb. Digər iki yarmarka yaxın günlərdə açılacaq. Yarmarkalar əsasən metro stansiyalarının çıxışlarında quraşdırılıb.

Ənənəvi bayram yarmarkaları martın 25-nə kimi açıq olacaq.

Yarmarkların təşkilində əsas məqsəd bayramqabağı paytaxtda qiymət artımının qarşısını almaq və küçə ticarətini həmin yarmarkalara cəlb etməkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA