Azərbaycanda əməkhaqqı artırıla bilər - Nazirdən anons: "Dövlət başçısına təqdim olunacaq"

img

27-02-2018 [16:32]


Azərbaycanda dövlət büdcəsindən maliyyələşən qurumlarda əməkhaqqı artırıla bilər.

Mia.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazir deyib ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Maliyyə Nazirliyi ilə birgə zəruri hesablamalar həyata keçirir ki, daha sonra nəticələr dövlət başçısına təqdim olunacaq.

S.Müslümov onu da buldirib ki, bu gün fevral ayı üzrə bütün pensiyaların maliyyələşməsi başa çatdırılıb və sonuncu pensiyalar köçürülüb. 

"Bu pensiyaları vətəndaşlarımız artımla aldılar, həm yanvar, həm fevral aynın artımları onlara çatdırılıb. Mart ayından təbii ki, artıq aylıq məbləğ və həmin 5,7 faizlik artım alacaqlar", - deyə nazir əlavə edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA