06-02-2018 [15:35]
"Bacım Zeynəb zəng edib, bu baş verənləri mənə danışdı, mən də dedim, heç bir dəqiqə də icazə vermərəm ki, sən elə bir şəxsin yanında işləyəsən, ərizəni yaz, işdən çıx".
Mia.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a tanınmış rejissor-aktyor Rza Rzayev bacısı Zeynəb Rzayevanın işlədiyi məktəbdə baş vermiş insidentlə bağlı açıqlamasında deyib.
Onun sözlərinə görə, Zeynəb xanım nə işdən çıxarılıb, nə də yeri dəyişilib: "Məktəbdə yuxarı siniflər üzrə məktəb direktorunun müavini var, adı Aybənizdir. Onun rəfiqəsi, ədəbiyyat müəllimi Nərmin adlı xanım sinifdə milli dəyərlərimizə zidd təbliğat aparırmış ki, 20 Yanvarda azərbaycanlıları yaxşı edib qırıblar, "Sarı gəlin” erməni mahnısıdır və s. Şagirdlər bu haqda Zeynəb xanıma şikayət ediblər, Zeynəb xanım məsələni keçmiş məktəb direktoru Nərminə xanıma deyib.
Bundan sonra təbliğat aparan Nərmin müəllim işdən çıxarılıb. Təbii ki, bu hadisə onun rəfiqəsi Aybəniz xanıma da təsir edib. İndiki direktor isə vəzifəsini müvəqqəti olaraq icra edir. Direktorun adı Turaldır, 30-35 yaşı olar.
O, Zeynəb xanımı yanına çağırıb deyib ki, mənim Bakı Şəhər Təhsil İdarəsi ilə müqaviləm var, hazırlıq pullarını yığmalıyıq. Zeynəb xanım da bir dəfə bu pulları yığıb və sonra müqaviləni tələb edib ki, müqavilənin üzünü mənə verin, mən həm müəllimlərə, həm də valideyinlərə müqaviləni göstərməliyəm. O da deyib ki, mən nə deyirəmsə, sən onu da et, müqavilə yoxdur. Zeynəb xanım da cavab verib ki, bu qanunsuzdur, mən belə şey edə bilmərəm, başqa adama tapşırın, o etsin.
Direktor da özü ilə təsərrüfat işləri üzrə yeni müəllimə gətiribmiş, həmin adama tapşırıb və onun əli ilə pul yığıb. Mən bu haqda müraciətimdə də qeyd etmişəm, hətta müəllimlərin imzası və nə qədər pul yığdıqları da müraciətdə qeyd olunub”.
Rza Rzayev deyib ki, noyabr ayında məktəbə hansısa firmaları təbliğ edən adamlar gəliblər:
"Bu firmaların məktəbdəki fəaliyyətinə birbaşa direktor özü icazə verib. Zeynəb xanım bu şeylərə etiraz edəndə deyib ki, Bakı Şəhər Təhsil İdarəsi tapşırıb, belə də olmalıdır. Ancaq burda bir məqam var, Tural bütün müəllimləri bir yerə yığıb imza alıb ki, guya bütün bu baş verənləri Zeynəb müəllim təşkil edir. Bu barədə məktəb müəllimlərinin Votsap danışıqları var.
Deməli, bunlar, yəni yeni direktor Tural müəllim və Aybəniz müəllim Zeynəb xanımdan qisas almaq üçün bu addımları atıblar. Bunlar azmış kimi, direktor Zeynəb müəllimi yanına çağırıb ki, dediklərimi etmədiyinə görə səni ya işdən çıxaracam, ya da yerini dəyişəcəm. Zeynəb xanım da buna etiraz etməyib, deyib ki, heç bir problem yoxdur”.
Yeni direktor bunlarla da kifayətlənməyib, müəllimləri bir-bir otağına çağırıb, onlarla üz-üzə oturandan sonra əvvəlcə adlarını, sonra adlarının mənasını soruşub:
"Bu hadisədən gənc müəllimlər şoka düşüblər, cavab vermək istəməyiblər. Direktor isə gedib kompüterdə adların mənasına baxıb, gəlib onlara adlarının mənasını deyib. Bir müəlliməyə də deyib ki, bir gün hardasa oturub çay içərik. Müəllimələr də bu barədə yenə də Zeynəb xanıma şikayət ediblər. Deyiblər ki, biz daha onun otağına tək getmək istəmirik.
Zeynəb xanım da məsləhət vermək üçün onun yanına gedib deyib ki, siz cavansız, yeni gəlmisiz, cavan müəllimələrlə bu cür danışmaq olmaz. Biri başqa cür başa düşər, yaxşı olmaz.
Bacım Zeynəb zəng edib, bütün bu baş verənləri mənə danışdı, mən də dedim ki, bir dəqiqə də icazə vermərəm ki, sən elə bir şəxsin yanında işləyəsən, ərizəni yaz və işdən çıx. Sonra direktorun yanına gəldim, soruşdum ki, bu nə söhbətdir? Kiminsə adının mənasını bilmək istəyirsənsə, iclas keçir, hamını bir yerə yığ və kişi müəllimlərindən soruş, sən niyə xanım müəllimlərlə bu cür rəftar edirsən? Məqsədin nədir? O da təbii, özünə haqq qazandırdı ki, mən filoloqam. Bu vaxt mən əsəbiləşdim və aramızda insident baş verdi.
Efirə gedən kadrlarda alt yazılarının çoxu səhvdir. Elə şeylər olmayıb. Məsələn, bacım Zeynəbdən adının mənasını soruşmayıb, heç belə şey edə də bilməz. Mən başqa müəllimlərin şərəf və ləyaqətini qorumaq üçün ora getmişəm. Və deməmişəm ki, bacımın yerini dəyişməyin, əksinə, demişəm ki, birdəfəlik işdən azad edin, sizin kimi adamla işləməsin”.
Rejissor bildirib ki, o, bütün Azərbaycan qadınlarının şərəfini, namusunu, hüquqların hər yerdə qorumağa hazırdır: "Buna görə ən ağır cəza versələr də, peşman olmaram. İlk dəfə deyil ki… Dayanacaqda avtobus gözləyən xanımlara maşın saxlayan neçə nəfərin dərsini vermişəm. Əsas odur ki, başı dik gəzirəm. O direktor kimdir axı, müəllimləri kabinetinə çağırıb adlarının mənasını soruşur?
Aramızda baş verən insidentə görə də qanunlarımız nə tələb edirsə, cəzamı çəkməyə hazıram”.
Qeyd edək ki, fevral ayının 5-də Bakıda fəaliyyət göstərən 220 saylı məktəb-lisey təhsil ocağında insident baş verib. Yanvarın 29-da özünü 220 nömrəli məktəb-liseyin direktor müavini Zeynəb Rzayevanın qardaşı, tanınmış rejissor və aktyor Rza Rzayev direktorun otağına daxil olaraq, məktəb direktorunu təhqir və təhdid edib.
İki ağdamlı əmioğlu Odessanın boks çempionu oldu - FOTOLAR
"Qəbələ" Azərbaycan Premyer Liqasını tərk edib
Sədərək rayonunda sursat partlayıb - 2 nəfər həlak olub
Bu gün magistraturalara qəbul imtahanı keçirilib (Yenilənib)
Sabah isti hava olacaq
Zaqatalada çayxana sahibi blçaqlanıb
Ağdamda daha bir mina partlayışı: yaralı var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
Bilik və bacarığını nəticəyönümlü fəaliyyətə çevirən müəllim... - Yeni layihə (FOTOLAR)
Hikmət Hacıyev: "Azərbaycanın mülki əhalisi, demək olar ki..."
Abşeronda içki məclisində dava: dost dostunu öldürdü və...
ALİ MƏHKƏMƏ HAKİMİNDƏN ŞOK HƏRƏKƏT: evində canına qıyıb
“Toplum TV”nin daha bir əməkdaşı saxlanılıb? - DİN-dən açıqlama
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
PREZİDENT ONLAR HAQDA SƏRƏNCAM İMZALADI - Siyahı
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz"in keçmiş işçisini özünə müşavir götürüb
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb - 3 qurum birgə məlumat yaydı
Laçının Sus kəndinə 59 ailə köçürülür - Püşk atıldı (FOTOLAR)
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
DEPUTATA SUİ-QƏSD İŞİ: "Fazil Mustafanı dini çıxışlarına görə cəzalandırmaq istəyirdik" - Məhkəmə prosesi
"Azəriqaz" İB-də ikibaşlı oyun: imtahandan keçən xanıma ögey münasibət etiraz doğurdu, qurum rəsmisi reaksiya verdi
İTV-də dəyişiklik - Aparat rəhbəri Baş direktor müavini təyin olunub
Salyanda avtomobil və mal oğrusu tutulub
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
Azərbaycan və Almaniya prezidentləri bağda gəzişərək səmimi söhbət ediblər - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb