25-01-2018 [13:55]
"Böyük Yaxın Şərq layihəsi iflasa uğrayan ABŞ-ın əlində yalnız kürd kartı qalıb”.
Bunu "Beynəlxalq Avrasiya hərəkatı”nın rəhbəri, politoloq, Kremlin ideoloqu hesab edilən Aleksandr Duqin Türkiyənin "Aydınlıq” qəzetinə müsahibəsində deyib.
ABŞ Suriyadakı məğlub vəziyyyətinə düşdüyünü deyən Duqinin sözlərinə görə, Vaşinqton Avrasiya ölkələrinin birliyini poza biləcək təxribatlara əl ata bilər.
"ABŞ Yaxın Şərqin strateji sahəsini bölgədəki bütün alətlərindən istifadə edərək qurmağa çalışdı. Bunu edərkən bir kürd dövlətinin də yaradılması planlaşdırdı. Kürdlər bu plan çərçivəsində vasitələrdən yalnız biri idi və əslində, Ərdoğan ilə Türkiyə də ABŞ-ın tərəfində idi. Lakin zaman keçdikcə, Amerika Yaxın Şərq layihəsinin həyata keçirilməsi prosesində alətlərini itirməyə başladı. Bu gün tamamilə yeni bir vizionumuz var. Rusiyanın Afrin əməliyyatına razılıq verməsi, əslində, Rusiyanın avrasiyaçılıq geosiyasətinə söykənir. Bu əməliyyatla kürdləri hədəf alınmır, Amerikanın bölgədəki planları hədəf alınır. Türkiyə və Rusiya Suriyanın şimalında Amerikanın varlığına qarşı birgə hərəkət etmə mövzusunda razılaşma əldə edib. Əsas məqsəd budur”, - rusiyalı politoloq bildirib.
Duqinin sözlərinə görə, kürdlər öz mövqeyini yenidən qiymətləndirməyə başlasalar da, bu, onlar üçün artıq çox gecdir:
"Türkiyə PKK-nı bir terrorçu təşkilat olaraq görür və bu, Türkiyə üçün bir milli təhlükəsizlik məsələsidir. Rusiya isə regionda Amerikanın hərbi mövcudluğundan narahatdır. Başqa sözlə, Türkiyə və Rusiyanın maraqları üst-üstə düşür. Buna görə də ruslar türklərin Afrinə girməsinə icazə verdilər və bu vəziyyətdən razı olmayan suriyalıları sakitləşdirdilər”.
Politoloq hesab edir ki, indi Türkiyə baxımından ABŞ ilə strateji ittifaqı pozmanın zamanıdır:
"Çünki, bu bir ziddiyyətdir. NATO-nun bir hissəsi olduğu halda onlarla döyüşə bilməzsiniz. ABŞ Münbicə görə Türkiyə ilə qarşıdurmaya girməyəcək. ABŞ-ın hərbi bazasının İncirlikdəki mövcudluğu gündəmə gəlməlidir. NATO-nu tərk etmək perspektivi qaçılmazdır. Rusiya belə bir qərarı dəstəkləyəcək və Türkiyənin strateji ortağı olacaq. Mən Amerika və Türkiyə qoşunları arasında birbaşa qarşıdurmanın olacağını düşünmürəm. Amma bundan sonra Amerikanın ciddi addımlar atacağını düşünürəm. Artıq Türkiyə üçün NATO-dan çıxmaq məsələsi gündəmə gələcəkdir və bunun baş verməsi qaçılmazdır.
Son bir neçə gün ərzində geri dönüşü olmayan addımlar atıldı. Amerikanın reaksiyası çox tez olacaq. Müharibə olacağını düşünmürəm, amma çox ciddi bir addım olacaq. Çox dramatik vəziyyətlə üzləşməyə hazır olmalıyıq. Hər yolla Rusiya, Türkiyə, İran və Suriya arasındakı ittifaqı pozmağa çalışacaqlar. Amerikalılar yüksələn geosiyasi üçbucağı - Avrasiya üçbucağını - Rusiya, Türkiyə, İran üçbucağını qəti şəkildə yox etməyə çalışacaq. Bölgədəki mühüm geosiyasi güc rolunu itiriblər. Amma meydanda Türkiyə, Rusiya və Suriya qoşunları koordinasiya şəklində mövcud olarsa və diplomatik ünsiyyət kəsilmədən davam etdirilərsə, bu oyunu poza bilərik. Baş verənlər bölgənin geosiyasi və siyasi tarixində çox dramatik anlardır”.
Publika.az
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub