Azərbaycan dünyanın ən yaxşı ölkələri reytinqində mövqeyini yaxşılaşdırıb - SİYAHI

img

23-01-2018 [12:22]


Azərbaycan ABŞ-ın "US News & World Report" jurnalının versiyasına görə, dünyanın ən yaxşı ölkələrinin 2018-ci il üzrə reytinqində 64-cü yeri tutub.

"Report" xəbər verir ki, reytinq 9 kriteriya (turizm sənayesinin inkişafı, innovasiya, sosial sfera, mədəniyyət, iqtisadi artım tempi, biznesə açıqlıq, əhalinin ümumi həyat səviyyəsi, dünya arenasında güc və təsir səviyyəsi, tarixi irs) əsasında hazırlanıb.

Ötən il Azərbaycan reytinqdə 69-cu yerdə olub, başqa sözlə, ölkə sıralamada 5 pillə irəliləyib.

Azərbaycan həmçinin güc və təsir kateqoriyasında 45-ci, əhalinin ümumi yaşayış səviyyəsi kateqoriyasında 67-ci, turizm sənayesi kateqoriyasında isə 66-cı yerdə qərarlaşıb.

MDB ölkələrindən reytinqə Rusiya (26), Latviya (59), Ukrayna (69), Qazaxıstan (70) və Belarus (72) daxil edilib.

Qonşu ölkələrdən isə siyahıda Türkiyə (36) və İran (77) yer alıb.

"Top-5" ölkələr sırasına İsveçrə, Kanada, Almaniya, Böyük Britaniya və Yaponiya daxil edilib.

Qeyd edək ki, Ermənistan və Gürcüstan bu reytinqə daxil edilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA