Bakının 3 böyük qəsəbəsinə içməli su verilişi dayandırılıb

img

21-01-2018 [14:49]


Bakının Xocahəsən, eləcə də Sulutəpə və Biləcəri qəsəbələrinin bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb.

Bu barədə Mia.az-a Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. A.Cəbrayıllının sözlərinə görə, fasilə magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədardır.

Qurum rəsmisi fasilənin yanvarın 22-si günün birinci yarısına qədər davam edəcəyini bildirib.



Digər xəbərlər
SON XƏBƏRLƏR