Prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlandı - MSK sədri

img

20-01-2018 [13:59]


Mərkəzi Seçki Komissiyası (MSK) bu il Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb.

AzVision.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. Komissiya sədri bildirib ki, yanvar ayının ilk günlərindən seçici siyahılarının dəqiqləşdirilməsinə başlanıb.

"Hazırda seçici siyahılarını dəqiqləşdirməklə məşğuluq. Dəqiqləşdirmələr fevralın 5-ə qədər başa çatacaq. Sonra məntəqələrdə yığılan məlumatlar dairələrə çatdırılacaq. May ayının sonuna qədər işlərə yekun vurulacaq” – M.Pənahov qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA