Musa Tukanov özünü təqsirli bilmir

img

17-01-2018 [12:08]


Bakı Ağır Cinayətlər Məhkəməsində qeydiyyatsız fəaliyyət göstərən Vahid Kommunist Partiyasının sədri Musa Tukanovun məhkəməsi keçirilib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə M.Tukanov dövlət ittihamçısının elan etdiyi ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. 

M.Tukanov rüşvət almaq və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. O, həm də "Azərbaycan Karlar Cəmiyyəti"nin sədr müavini olub. Hazırda həbsdədir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA