05-01-2018 [09:56]
Millət vəkili Adil Əliyev ötən il Azərbaycanda baş verən, ən mühüm hadisələri əks etdirən "Azərbaycanı inkişaf etdirən və təlatümlərdən qoruyan sabit siyasət!" adlı məqalə yazıb.
Həmin məqaləni təqdim edirik:
"Azərbaycan prezidenti İlham Əliyevin əsas tezislərindən biri budur ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, bu, Azərbaycana mənfi təsir etmədi, tam əksinə, məmləkətimizin valyuta ehtiyatları artdı (2017-ci ildə 4,5 milyard dollardan çox oldu). Halbuki, son illərdə elə dövlətlər gördük ki, neftin qiyməti düşən kimi iqtisadiyyatları dağılmaq dərəcəsinə çatdı, inflyasiya görünməmiş həddə çatdı, pul ehtiyatları tükəndi.
Azərbaycanda neftdən əldə edilən gəlirin yüksək olduğu illərdə belə möhtərəm prezidentimiz qeyri-neft sahəsinin inkişafı məqsədilə müxtəlif proqramlara yaşıl işıq yandırdı. Çünki prezident elə o illərdə qeyd edirdi ki, neft əbədi deyil, ümidimizi ancaq qara qızıla bağlaya bilmərik. Həqiqətən, bir müddət sonra dünya bazarında neftin qiyməti xeyli düşdü və qeyri-neft sahəsinin inkişafına yatırımlar qoyulmağa başladığından və Neft Fondunda kifayət qədər maliyyə vəsaiti toplandığından o biri dövlətlərin üzləşdiyi çətinliklər bizi hazırlıqsız yaxalamadı.
Prezidentimizin də qeyd etdiyi kimi, 2017 tarixdə dərin, köklü və nəticə verən iqtisadi islahatlar ili kimi qalacaq. Aparılan islahatlar nəticəsində ölkəmiz çətin vəziyyətdən şərəflə çıxa bildi. Rəqəmlər də bundan xəbər verir. Məsələn, qeyri-neft sektorunun inkişafı kimi kənd təssərrüfatında istehsal artdı, təkcə elə fındıq və pomidorun ixracından dövlətimiz yüz milyonlarla dollar gəlir əldə etdi. Hələ başqa sahələri demirəm. Sosial şəbəkələrdə hakimiyyətin iqtisadi siyasətini tənqid edənlər pambıq sahəsinə diqqət və qayğının artırılmasını lağa qoyur, yazırlar ki, guya bu sahədən gəlir əldə etmək mümkün deyil. Birincisi, qiyməti çox yüksək olmasa da, pambıq dünya bazarında hər zaman alınan məhsuldur. İkincisi, pambıq yığımına və istehsalına yüz minlərlə insan cəlb olunur ki, bu, kənd yerlərində məşğulluq probleminin həllinə böyük töhfədir. Üçüncüsü, Mingəçevirdə gələcəkdə təxminən 5 min insanın çalışacağı böyük sənaye şəhərciyi salınır ki, oradakı müxtəlif fabriklərdə pambıqdan iplik və digər məhsullar alınacaq. Bundan sonra necə demək olar ki, pambıq sahəsi yararsızdır və bu, Azərbaycana lazım deyil? Dünyanın super dövləti olan Amerika Birləşmiş Ştatlarında belə yüzillərdir pambıq yetişdirilir, bu, ölkədə sənaye sıçrayışına və yüksək texnologiyaların inkişafına baxmayaraq, pambıq istehsalından imtina etməyiblər.
2017-ci ilin Azərbaycan üçün uğurlu keçdiyini Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da qeyd edib. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun ötən ilin dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə "Buta” sarayında uşaqlar üçün ənənəvi şənlik tədbirindəki çıxışında 2017-ci ilin uğurlarını belə sıraladı: Birincisi, ölkəmizdə abadlıq, quruculuq işləri davam edir, şəhərlərimiz, kəndlərimiz, regionlarımız gözəlləşir, inkişaf gedir. İkincisi, 2017-ci il ölkəmizdə "İslam Həmrəyliyi İli” elan olundu ki, İslam ölkəsi olaraq Azərbaycanın dünyaya açıq ölkə olduğu bir daha təsdiq edildi. Üçüncüsü, 2017-ci ildə Bakıda IV İslam Həmrəyliyi Oyunları böyük uğurla keçdi. Dördüncüsü, 2017-ci ildə təkcə Azərbaycan üçün yox, bütün region üçün çox vacib irimiqyaslı layihələr həyata keçirildi. Bunlardan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını, "Əsrin kontraktı”nın 2050-ci ilə qədər davam edəcək ikinci mərhələsinə imza atılmasını göstərmək olar.
Beləliklə, Prezident və Birinci vitse-prezident 2017-ci ildəki son çıxışlarında əldə edilən böyük uğurları konkret misallarla göstərdilər. Böyüklərimiz qarşımızda daha böyük vəzifələrin dayandığını vurğulayırlar. Əsas odur ki, 2018-ci ildə də iqtisadiyyatda və sosial həyatda qazanılan uğurları davam etdirməliyik. Əlbəttə, problemlərimiz var və bunu rəsmilərimiz də etiraf edirlər. Əsas məqsəd bu problemlərin üzərinə gedərək onların həllini sürətləndirmək və insanların rifahlarını artırmaqdır ki, prezidentin və birinci vitse-prezidentin siyasətləri məhz buna yönəlib. Ətraf ölkələrdə nələrin baş verdiyini görürük – terror, vətəndaş qarşıdurmaları, xaosa yol açan inqilablar. Bizə əsasını ulu öndər Heydər Əliyevin formalaşdırdığı sabitliyin davamı lazımdır. Çünki sabitliyi pozulan ölkələrdə inkişafdan və uğurlardan danışmaq yersizdir. Prezidentin və onun komandasının daxili və xarici siyasəti Azərbaycanı təlatümlərdən qoruyur, sabitlik şəraitində davamlı inkişafa yönəldir və bununla bizi yaxın ətrafda baş verənlərdən fərqləndirir. 2018 daxil olmaqla gələcək illərdə də uğurla davam edəcək bu siyasətin davamı işğal altındakı torpaqlarımızı geri qaytarmaq gücünə və qüdrətinə sahibdir!"
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub