AŞPA nümayəndə heyətinin tərkibindən bir neçə deputat çıxarıldı - Aralarında Elxan Süleymanov da var

img

04-01-2018 [12:00]


Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilib.

Mia.az Modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin bir neçə deputatı Azərbaycanın qurumdakı nümayəndə heyətinin tərkibindən çıxarılıb.

Bundan əvvəl Azərbaycanın AŞPA-dakı 12 nəfərlik nümayəndə heyətinə Səməd Seyidov, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Elxan Süleymanov, Rəfael Hüseynov, Rövşən Rzayev, Müslüm Məmmədov, Elşən Musayev, Vüsal Hüseynov daxil idi.

Saytın xəbərinə görə, AŞPA-dakı nümayəndə heyətinin tərkibindən çıxarılan deputatlardan birincisi Elxan Süleymanovdur. Digər iki deputat isə Müslüm Məmmədovla Elşən Musayevdir.

Qeyd edək ki, 77 yaşlı Elxan Süleymanov son zamanlar nə Milli Məclisin komitə iclaslarına, nə də iclaslara qatılırdı. Həm yaşı, həm də səhhəti nəzərə alınaraq, o, nümayəndə heyətinin tərkibindən uzaqlaşdırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA