Azərbaycan Xarici İşlər Nazirliyindən İrandakı qarşıdurmaya reaksiya: "Sülh arzulayırıq"

img

02-01-2018 [18:44]


Azərbaycan Xarici İşlər Nazirliyi son günlərdə İranda baş verən hadisələrə münasibət bildirib.

XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan tərəfi İrandakı hadisələrin İran İslam Respublikasının qanunlarına uyğun olaraq sülh şəraitində olmasını arzulayır.

Xatırladaq ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb.  Son 6 gündə etiraz aksiyası ilə bağlı ölənlərin sayının 20 nəfərə çatdığı bildirilir. 

Xatırladaq ki, İranın Təhlükəsizlik Nazirliyi  (Ettelaat)  məlumat yayaraq bildirib ki, son  hadisələrin təhrikedicilərindən, təxribatçılar və iğtişaşçılardan bəziləri  müəyyən edilib və həbs olunub/APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA