Rəhim Qazıyev həbsdən biuraxıldı - Qərar 100 manat cərimə ilə əvəzlənib

img

29-12-2017 [17:42]


Bakı Apellyasiya Məhkəməsində keçmiş müdafiə naziri Rəhim Qazıyevin barəsində olan məhkəmə qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.

Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun barəsində inzibati həbs cəzası 100 manat cərimə ilə əvəz olunub. R.Qazıyev azadlığa buraxılıb.

Qeyd edək ki, R.Qazıyev bir neçə gün əvvəl Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ona 10 sutkalıq inzibati cəza verilib/APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA