"2017-ci ildə Ermənistan danışıqlar prosesini pozmaq üçün cəhdlərini davam etdirib" - Azərbaycan XİN

img

28-12-2017 [11:07]


 "Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Azərbaycanın xarici siyasətinin əsas prioriteti olaraq qalır".

"Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O vurğulayıb ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi prioritetlər çərçivəsində 2017-ci ildə Azərbaycanın xarici siyasət kursu davam etdirilib: "Bu baxımdan Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, regional təhlükəsizliyin qorunması, eləcə də Xəzər regionunda əməkdaşlıq məsələləri, vətəndaşların hüquqlarının müdafiəsi, beynəlxalq arenada müsbət imic əhəmiyyətli yer tutub".

H.Hacıyevin sözlərinə görə, XİN 2017-ci ildə xarici ölkələrdə Azərbaycanın maraqlarının pozulması faktlarının qarşısının alınması, informasiya müharibəsi ilə mübarizə, o cümlədən erməni təbliğatının nəticəsində yaranan halların aradan qaldırılması üzrə işlər həyata keçirib: "Ermənistan təxribatlar, eləcə də heç kimin tanımadığı qondarma referendum keçirməklə danışıqlar prosesini pozmaq üçün cəhdlərini davam etdirib. Bütün bunların qarşılığında beynəlxalq ictimaiyyət növbəti dəfə birmənalı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib".

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA