28-12-2017 [09:58]
Sergey TARASOV,
regnum.ru, 27.12.2017
***
Türkiyə baş naziri Binəli Yıldırım Naxçıvana rəsmi səfər edib, Naxçıvan muxtariyyəti Ali Məclisinin sədri Vasif Talıbovla danışıqlar aparıb. Bu, son doqquz ildə hökumət sədri səviyyəsində Türkiyə siyasətçisinin bölgəyə ilk səfəridir.
Türkiyə və Azərbaycan KİV-ləri məlumatlarının məntqini izləsək, tərəflərin dialoqunda əsas mövzu ticari-iqtisadi əməkdaşlığın inkişafı olub. Dərc edilmiş məlumatlara əsasən, Türkiyənin Naxçıvan muxtariyyətinin dövriyyəsindəki payı keçən illə müqayisədə son 11 ayda 2 milyon dollar artaraq 7 685 000 dollar təşkil edib. Eyni zamanda muxtariyyət Türkiyəyə azad məhsul ixrac etmək hüququ əldə edib ki, bu da Türkiyə KİV-lərinə inansaq, Naxçıvandan mal ixracatı həcmini 100 milyon dollara çatdırmaq imkanı verir.
Bununla belə, bizə elə gəlir ki, Yıldırımın səfəri təkcə bununla bağlı olmayıb. Talıbov bu ərəfədə İranda olub, İran XİN başçısı Məhəmməd Zəriflə görüş keçirib. Naxçıvan lideri energetika, turizm və yükdaşıma sahələrində İranla münasibətlərin bundan sonra da genişləndirilməsində marağını bildirib. Bu, müəyyən özəllikləri üzə çıxardır.
Birincisi, Naxçıvan istiqamətində Türkiyə-Azərbaycan münasibətləri muxtar respublika ilə metropoliya – Azərbaycan arasında ümumi sərhədin olmaması durumunda İran problematikasını meydana gətirir.
İkincisi, muxtariyyətin Dağlıq Qarabağla – Bakı və İrəvan arasında sürən münaqişə episentrinin sərhədi yoxdur.
Üçüncüsü, Naxçıvan Azərbaycan-Ermənistan silahlı toqquşması halında hərbi əməliyyatların ehtimal edilən teatrı ola bilər. Yeri gəlmişkən, 2016-cı il aprel döyüşləri zamanı Naxçıvanın Ermənistanla sərhədində bir neçə toqquşma baş verib. Bakı Naxçıvanda silah toplanmasını artırır, burada Türkiyə ilə müxtəlif hərbi təlimlər keçirir, bütün əlamətlərə əsasən orada Ankaranın statusunu yüksəltməyə çalışır, bu isə Tehranı qane etmir. Belə ki, bu yöndə münaqişə potensialı saxlanır.
Durumdan çıxış yolu sıradakı kimi görünür:
Birincisi, Naxçıvanın Türkiyə və İran üzərindən mühasirədən çıxarılması, bu anklavın durumunu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə bağlamadan onun ehtiyacsız önəminin möhkəmləndirilməsi;
İkincisi, Türkiyə-Ermənistan ticarət-iqtisadi münasibətlərinin yoluna qoyulması;
Üçüncüsü, Naxçıvanın mövcud statusunun dəyişdirilməsini də nəzərdən keçirmək olar – Naxçıvanın Bakı tərəfindən protektorat idarəçiliyindən Azərbaycanın tərkibinə tamdəyərli keçidi.
Xatırladaq ki, Azərbaycan Konstitusiyasının 134-cü maddəsi Naxçıvanın statusunu sıradakı kimi müəyyən edir: "Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir”. Naxçıvan Muxtariyyəti Konstitusiyasının 1-ci maddəsi bildirir: "Naxçıvan muxtar dövləti Azərbaycan Respublikasının tərkibində demokartik, hüquqi, dünyəvi muxtar respublikadır”.
Bununla yanaşı, Naxçıvan Konstitusiyasının 2-ci maddəsi çox maraqlı bir ayrıntıya malikdir: "Naxçıvan Muxtar Respublikasının statusunu Azərbaycan Respublikasının Konsitusiyası, 1921-ci il 16 mart Moskva və 1921-ci il 13 oktyabr Qars beynəlxalq müqavilələri müəyyən edir”.
Amma nə Moskva, nə də Qars müqaviləsi Naxçıvanın Azərbaycanın tərkibinə daxil olduğu haqda maddələrə malikdir. Bunlarda söhbət yalnız protektoratdan və Bakının muxtariyyətə himayəçiliyindən gedir. Bizim baxışımıza görə, Naxçıvan probleminin həlli azərbaycanlılarla ermənilər arasındakı qarşılıqlı dözümsüzlük və nifrətin dərəcəsini aşağı salmağa, inamın və xeyirxah qonşuluq münasibətlərinin bərpasına, Bakı ilə Naxçıvan arasındakı nəqliyyat arteriyasının açılmasına səbəb olmağa qabildir.
Artıq indi bu istiqamətdə səylər göstərmək lazımdır, çünki az adam bilir ki, gələcək Kürdüstanın formatı necə olacaq və Naxçıvan İran Kürdüstanının tərkibinə düşəcəkmi?
Bunu da istisna etmək olmaz ki, İran müəyyən şəraitlərdə Naxçıvanı öz nəzarətinə götürməyə can atacaq.
Bir də Rusiyanın da "xarici müşahidəçi” rolunu oynamağı tərgitmək və Yaxın Şərqin bu dəfə şimala – Cənubi Qafqaza keçəcək qarşıdakı daha bir sunamisinə hazır olmağının vaxtıdır.
Tərcümə Strateq.az-ındır.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub