Rəhim Qazıyevə 10 sutkalıq həbs cəzası verilib - Təcridxanaya göndərildi

img

26-12-2017 [17:15]


Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyevə 10 sutkalıq həbs cəzası verilib.

Bu barədə "Report"a onun dostu, "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı bildirib.

Onun sözlərinə görə, R.Qazıyev Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasına aparılıb.

R.Qazıyevə qarşı hansı ittiham irəli sürdüyü məlum deyil.

Xatırladaq ki, R.Qazıyev ötən gün Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, R.Qazıyev 1992-ci ilin martından 1993-cü il fevralına qədər Azərbaycannın müdafiə naziri vəzifəsində çalışıb. O, 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək, barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə isə R.Qazıyev əfv fərmanı ilə azadlığa buraxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA