Elçibəyin oğlundan Ayaz Mütəllibova cavab: “Düşmən deyilik ki!..”

img

25-12-2017 [16:18]


Azərbaycanın sabiq dövlət başçısı Ayaz Mütəllibov mərhum eks-prezident Əbülfəz Elçibəyin ailəsi ilə bir araya gəlməsi ideyasından danışıb.

A.Mütəllibov belə deyib: "Belə suallar çox verirlər: Niyə eks-prezidentlərin ailəsi olaraq görüşmürsüz? Düzü, bu məsələdə heç bir tərəf addım atmayıb. Kimsə tərəfindən təşəbbüs də göstərilməyib. Xaricdə eks-prezidentlərin qurumu mövcuddur. Əslində, bu qurumun əhəmiyyəti çox yaxşıdır. Eks-prezidentlər bir araya gəlir, fikir mübadiləsi aparırlar. Amma ailə görüşləri olmur. Mən belə görüşlərdə iştirak etməmişəm. Amma ailə üzvləri ilə görüşmək istəyərəm”.

Mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev Modern.az-a açıqlamasında hər hansı təşəbbüs olarsa, bir araya gəlməkdən imtina etmədiyini bildirib.

"Heç vaxt eks-prezident ailəsi olaraq qarşı tərəfin ailəsi ilə görüşmək arzum olmayıb. Amma kimsə təşəbbüs göstərərsə, eks-prezidentlərin ailəsi ilə görüşərik. Kiminləsə ədavətim yoxdur. Görüş lazım olarsa, kimsə belə bir ortam təşkil edərsə, mən də qatılaram. Eks-prezidentlərin ailəsi bir-birilə düşmən deyil ki!”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA