"Böyük dövlətlər sözü bir yerə qoysa, problemlər həll olunar" - Ziyafət Əsgərov

img

25-12-2017 [11:35]


"Böyük dövlətlər dünyada problemlərin həlli ilə bağlı ortaq məxrəcə gələ bilmirlər. Onların birgə gördüyü iş sadəcə birgə bəyanatla bitir”.
 
Bunu Milli Məclisdə keçirilən "Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda konfransda Milli Məclis sədrinin I müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Z. Əsgərov bildirib ki, dünyanın xüsusilə iri dövlətləri sözü bir yerə qoysalar, əməli fəaliyyətdə birgə olsalar, onda bu problemlər həll olunar: "Azərbaycan torpaqlarının 20 faizi 25 ildir qonşu Ermənistan tərəfindən işğal altındadır, o cümlədən bu gün dünyada qaçqın, miqrant problemləri xeyli çoxalıb. Amma bunların heç biri ilə bağlı birgə addımlar atılmır”.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA