"Sizin səyləriniz sayənizdə Azərbaycan..." - Çeçenistanın baş naziri

img

24-12-2017 [13:08]


Rusiya Federasiyası Çeçenistan Respublikası hökumətinin sədri Ruslan Edelgeriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Mia.az xəbər verir ki, təbrik məktubunda deyilir:

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Biz Sizi Azərbaycan xalqının inkişafına və rifahına yönəlmiş uzaqgörən siyasət yürüdən müdrik siyasi xadim və öz ölkəsinin vətənpərvəri kimi tanıyırıq.

Əminəm ki, Sizin səyləriniz sayənizdə Azərbaycan Respublikası bundan sonra da demokratik dövlətçilik təsisatlarının təkmilləşdirilməsi, davamlı iqtisadi və sosial inkişaf yolu ilə irəliləyəcək. Xalqın daimi dəstəyi və etimadı, respublika vətəndaşlarının həyatını daha da firavanlaşdırmaq istəyiniz bundan sonra da Sizin dövləti fəaliyyətinizdə uğurlara şərait yaradacaq.

İcazə verin, bu əlamətdar gündə Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzularımı bildirim.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA