"Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına ehtiyac yox idi" - PA rəsmisi

img

23-12-2017 [13:46]


"Biz hesab edirik ki, Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına ehtiyac yox idi".

Bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi – Novruz Məmmədov deyib.

O bildirib ki, Azərbaycan tərəfi də Qüds məsələsi ilə bağlı XİN səviyyəsində bəyanat verib və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən növbədənkənar sammitində Azərbaycan prezidenti bu barədə öz mövqeyini bildirib: "Bu addım dünyada dövlətlərarası beynəlxalq münasibətlərə töhfə vermir, bu münasibətlərin daha da gərginləşdirir. Biz İslam ölkələri ilə, İƏT ölkələri ilə bir yerdəyik. Hesab edirik ki, Qüds məsələsi beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır".

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA