"Artıq Avropa İttifaqında da anladılar ki..." - Ziyafət Əsgərov

img

23-12-2017 [13:43]


Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı son zamanlar qəbul etdiyi qətnamələrə münasibət bildirib.

APA-nın məlumatına görə, Z.Əsgərov deyib ki, belə qətnamələrin qəbulu Azərbaycan prezidenti İlham Əlyevin yürütdüyü düzgün xarici siyasətin nəticəsidir. "Artıq Avropa İttifaqında da anladılar ki, ölkələrin ərazi bütövlüyünü tanımadan digər ölkələrin sabitliyinə təminat yoxdur. Burada bütün ölkələrə eyni cür yanaşma olmalıdır. Yoxsa birinin ərazi bütövlüyünün tanınması, digərinin tanınmaması ikili standartdır. Bu, Avropanın özündə də fəsadlar törədir".

O qeyd edib ki Azərbaycanın ərazi bütövlüyünü tanımaq və dəstək vermək Avropa İttifaqının birbaşa öhdəliyidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA