Elmar Məmmədyarov İtaliya xarici işlər nazirini Azərbaycana dəvət etdi – Telefon danışığı

img

21-12-2017 [20:27]


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angelino Alfano arasında bu gün telefon danışığı olub

Mia.az XİN-ə istinadən xəbər veirr ki, telefon danışığında Azərbaycan və İtaliya arasında əlaqələrin hərtərəfli inkişafından məmnunluq ifadə olunub.

 İtaliyanın Azərbaycanın Avropa İttifaqı üzv ölkələri arasında əsas ticarət tərəfdaşı olduğu qeyd olunaraq iqtisadi-ticarət əlaqələrinin daha inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb. İki ölkənin enerji sahəsində uğurlu əməkdaşlığı xüsusi olaraq vurğulanıb.

Nazir Elmar Məmmədyarov həmkarını Azərbaycana səfərə dəvət edib və Angelino Alfano dəvəti məmnuniyyətlə qəbul edib. Həmçinin Elmar Məmmədyarov İtaliyanın 2018-ci ildə ATƏT-in fəaliyyətdə olan sədri statusunu üzərinə götürməsi münasibətilə həmkarını təbrik edib və bu işdə İtaliya tərəfinə uğurlar arzu edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA