"Azərbaycanla yeni saziş üzrə danışıqlarda yaxşı nəticələr əldə edilib" - Mogerini

img

20-12-2017 [18:35]


"Azərbaycanla Avropa İttifaqı arasında 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişindən sonra çox şey dəyişib".

APA-nın məlumatına görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Avropa Xarici Əməliyyatlar Xidmətinin Avropa Komissiyası ilə birgə yaydığı Azərbaycana dair hesabatında bildirib. 

O deyib ki, yeni saziş üzrə danışıqlarda yaxşı nəticələr əldə edilib: "Gənc insanların görüşməsi, səfər etməsi, biznesin inkişaf imkanları, insan haqlarının müdafiəsi, enerji sahəsində əməkdaşlığın güclənməsi üçün birlikdə daha çox imkanların axtarışında olacağıq”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA