Şeyxin qudası: "Oğlumu bəzi məmurlar həbs etdirib”

img

20-12-2017 [13:13]


Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadə kiçik oğlu Əlihüseyn Salahzadənin 3 il müddətinə həbs edilməsinə münasibət bildirib.

Hacı Qalib Salahzadə "Ölkə.Az”-a açıqlamasında oğlunun həbsini "məmur sifarişi” adlandırıb:

"Əvvəldən bilirdim ki, məndən əvəz çıxmaq üçün oğlumu həbs edəcəklər. Buna görə də nə Ali Məhkəməyə, nə də Apellyasiya Məhkəməsinə şikayət etməyəcəm. Hər şeyi Allahın məsləhətinə buraxıram. Allah günahkarı gec-tez cəzalandıracaq. Dəqiq bilirəm ki, oğlumun heç bir günahı yoxdur, onu bəzi məmurlar həbs etdirib”.

Q.Salahzadə oğlunun cəzasının yüngülləşdirilməsi ilə bağlı qudası Allahşükür Paşazadədən də heç bir kömək istəmədiyini söyləyib: "Oğluma lap 10 il iş versələr də, yenə Şeyxə ağız açmaram, ondan kömək istəmərəm. Bu, Şeyxlik  məsələ deyil. Oğlumu mənə görə həbs ediblər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA