Məmmədyarovdan Nalbandyanla görüş açıqlaması: "Hətta iki gün danışıq aparmağa razıyam, əsas nəticə olsun"

img

20-12-2017 [12:33]


"Həmsədrlər görüşün tarixi ilə bağlı elan verəcəklər. Lakin görüşün gələn il yanvarın ortasında keçirilməsinə dair razılıq var". 

Bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda iranlı və türkiyəli həmkarları ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

 Nazir bildirib ki, görüş Avropa ölkələrindən birində baş tutacaq. 

"Vyanada müxtəlif fikir mübadilələri apardıq. Həmsədrlər müzakirələri dəyərləndirəcəklər və qərar verəcəklər. Mən hətta demişəm ki, iki gün də danışıq aparmağa razıyam. Əsas odur, nəticə olsun", - deyə o, qeyd edib/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA