XİN başçısı: "Azərbaycan, Türkiyə və İran Qüdslə bağlı ümumi mövqeyini BMT-də bildirəcək"

img

20-12-2017 [12:28]


 "Azərbaycan, Türkiyə və İran Qüds məsələsi ilə bağlı mövqeyini BMT Baş Assambleyasının dekabrın 21-də keçiriləcək xüsusi sessiyasında bildirəcək".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkiyə və İran XİN başçılarının üçtərəfli görüşünün yekunları üzrə təşkil edilən mətbuat konfransında bildirib.

O, görüşdə Fələstin-İsrail münaqişəsinin müzakirə olunduğunu da söyləyib: "Sabah BMT Baş Assambleyasının xüsusi sessiyasında bu məsələ ilə bağlı ortaq mövqeyimizi bildirəcəyik".

Xatırladaq ki, BMT Baş Assambleyasının Qüdslə bağlı qətnamə layihəsinin qəbul olunacağı xüsusi sessiyası dekabrın 21-də keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA