18-12-2017 [12:00]
Baş nazir Artur Rasi-zadə "Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Dəyişikliyə əsasən, Baş nazirin köməkçilərinin sayı 7-dən 3-ə endirilib. Baş nazirin köməkçilərinin sayının azaldılması Nazirlər Kabinetinin ləğvi barədə fikirlərə yol açıb.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Zahid Oruc Modern.az-a deyib ki, Nazirlər Kabinetinin strukturunda müəyyən dəyişikliklərin aparılması zamanın çağırışıdır:
"Çünki ayrı-ayrı sahələr üzrə dəyişikliklər edilib. Eləcə də Baş nazirin köməkçilərinin sayı azaldılıb. Bu o anlama gəlir ki, həmin sahələr üzrə fəaliyyətin daha ciddi koordinasiya olunmasına ehtiyac var. Digər tərəfdən, bu, qətiyyən Baş nazirin səlahiyyətlərinin azaldılması anlamına gəlmir. Çünki hər biriniz şahidsiniz ki, Artur Rəsizadə dövlətə, millətə sədaqətlə çalışıb. Bu illər ərzində onu fərqləndirən ən mühüm xüsusiyyətlərdən biri xüsusi ambisiyalara yol vermədən dövlətin mənafeyini əsas götürərək, öhdəliyinə düşən vəzifələri yerinə yetirməyə çalışıb.
Bildiyiniz kimi, bu strukturun tərkibində ayrı-ayrı nazirlərin müxtəlif dövrlərdə ölkə əleyhinə, dövlətçiliyin mənafeyi ziddinə fəaliyyətləri olduğu təqdirdə, Artuz Rəsizadə öz sabit mövqeyini qoruyub saxlayıb, prezidentə sədaqətlilik və əsas strateji hədəflər uğrunda fəaliyyətini davam etdirmək xəttindən kənara çıxmayıb. Ona görə də ölkə rəhbəri tərəfindən də hər zaman Baş nazirə yüksək ehtiramı müşahidə edirik. Bu, çox önəmli məsələdir. Çünki müxtəlif vəzifə sahibləri ayrı-ayrı ölkələrin timsalında bəzən fərqli mənafe savaşlarına yol açır, onların maraq konfliktlərini tənzimləmək o qədər də asan olmur.
Ən fərqli səviyyələrdə verilən məxfi yaxud açıq informasiyaları təhlil edərək düzgün qərarlar qəbul etmək o qədər də sadə deyil. Biz çox yaxşı bilirik ki, hökumət strukturunda təmsil olunan insanlar müxtəlif dünyagörüşünə malikdirlər, baxışları fərqlidir. Bu səbəbdən də köməkçilərin sayının artırılıb-azaldılması onun fəaliyyətinə hər hansı təsir göstərmir. Önəmli iş ondan ibarətdir ki, cəmiyyətin tələblərinə, istəklərinə adekvat cavab versin”.
Deputat nazir postlarında baş verən dəyişikliklərə də münsaibət bildirib: "Hazırda dövlət rəhbəri tərəfindən müxtəlif nazirlərin göndərilməsi fonunda bir sıra məsələlər ortaya çıxıb. Bunların hamısı büdcə vəsaitlərinin şəffaf xərclənməsindən tutmuş hesabatlılıq, xalq qarşısında məsuliyyətin daşınması, maliyyə ünvanlılığının təmin edilməsi üçün mexanizmlərin və s.-nin yaradılması məsələlərini əhatə edir. Hər kəsə bəllidir ki, prezidentli respublika üçün əsas qərarlar dövlətin birinci şəxsi tərəfindən verilir. Belə olan təqdirdə hökumətin üzərinə daha fərqli işlər düşür.
Burada vacib məqam odur ki, müxtəlif hakimiyyət qollarının arasında o əlaqələri düzgün qoruyub saxlayasan, mənafe davalarına yol verməyəsən, intriqalara meydan açmayasan. O biri yandan da heç şübhəsiz ki, dünən qayğıları fərqli idi, bu gün tamam fərqlidir. Düşünürəm ki, Artur müəllimin soyuqqanlılığı ötən fərqli dövrlər ərzində öz xidmətlərini yerinə yetirməyə imkan verib”.
Z.Oruc Artur Rəsuzadənin parlament üzvləri üçün də əlçatan bir insan olduğunuq qeyd edib: "Əgər mühüm dövləti görüşlər, xarici qonaqların qəbulu yoxdursa, istənilən parlament üzvü, qarşısında hər hansı bürokratik zireh görmədən Baş nazirlə görüşə, istənilən məsələ ilə bağlı müzakirə apara bilir. Geniş kabinetlər içərisində dövlət ədəb-ərkanını göstərmək baxımından biz, o insandan çox yaxşı davranışlar görmüşük. Bunlar hər kəs üçün çox əhəmiyyətlidir. İnsanlar adətən vəzifə pillələrində yanlışlığa yol verə bilirlər ki, bu da onların faciələrini doğurur. Amma Artur Rəsizadə tamam fərqlidir”.
Deputat vitse-prezidentlik institutunun tam fəaliyyətindən sonra Nazirlər Kabinetinin buraxılacağı iddialarını belə cavabladırıb: "Mən hesab edirəm ki, vitse-prezidentlik institutu çox uğurlu şəkildə dövlət idarəetmə sisteminin fəaliyyətini gücləndirəcək. Nazirlər Kabineti hər zaman olacaq. Burada heç bir paralelçilikdən, yaxud hər hansı şəkildə dövlətin birinci şəxsi tərəfindən verilən qərarların yerinə yetirilməsində qarışıqlıqdan söhbət gedə bilməz. Amma vitse-prezidentlik institutunun Nazirlər Kabinetinə qarşı qoyulması və bunun idarəetmə sistemində böhran kimi qələmə verilməsi, yaxud Nazirlər Kabinetinin bu əsasla ləğv edilməsi haqqında baxışları düzgün saymıram. Ali icra orqanı sistemi kimi Amerika Birləşmiş Ştatlarında da federal bir ölkə modelindən çıxış olunur.
Burada da nazirlər və hökumət üzvləri mövcuddur. Baxmayaraq ki, hər bir ştat özünün ayrıca qanunverici, məhkəmə və idarəetmə orqanlarına malikdir. Azərbaycan unitar quruluşdadır. Belə olan təqdirdə mütləq dövlət başçısının yürütdüyü siyasəti məhz Nazirlər Kabineti sayəsində gerçəkləşdirmək mümkündür. Ona görə də bu strukturu ləğv edərək yalnız dövlət başçısı yanında fəaliyyət göstərən hər hansı qurumlar üzərindən fəaliyyətin tənzimlənməsi qeyri-mümkündür.
Biz hökumətin fəaliyyətində ayrı-ayrı sahələr üzrə mövcud olan problemlərin aradan qaldırılmasını təklif etməklə yanaşı, bunu Nazirlər Kabinetinin ləğvi qənaətilə yekunlaşdırmaq yanlışdır”.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub