"Mətbuata ordudan yazmağı qadağan etmək doğru deyil” - Deputat

img

15-12-2017 [12:44]


Milli Məclisin bu gün keçirilən iclasında peşəkar səviyyədə fəaliyyət göstərən medianın, jurnalistlərin Silahlı Qüvvələr haqqında məlumatlar yazmasına məhdudiyyətlər qoyulmasına etiraz edilib.

Yenidən hazırlanan "Azərbaycan Respubliaksının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev bildirib ki, bu yanlış addımdır.

O qeyd edib ki, ordudakı problemlərdən yazmadıqca, o problem daha da artacaq: "Əlbəttə, hərbi sirr qorunmalıdır və onsuz da qorunur. Amma peşəkar fəaliyyət göstərən jurnalistlərə ordudan yazmağı qadağan etmək, məhdudlaşdırmaq düzgün deyil”.

Deputat Azay Quliyev də ordu üzərində ictimai nəzarətin vacibliyini qeyd edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA