“Avropa İttifaqı ilə danışıqlar gələn ilin sonuna kimi bitəcək” - Məmmədquliyev

img

12-12-2017 [11:53]


"Dekabrın 15-də Avropa İttifaqı ilə danışıqlarda sektoral blok üzrə əməkdaşlıq məsələlərinə dair videokonfrans olacaq. Burada enerji, ekologiya və digər sahələr müzakirə olunacaq”.

Bu sözləri Azərbaycan və Aİ arasında yeni əməkdaşlıq müqaviləsinin imzalanması ilə bağlı danışıqların son durumunu şərh edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. 

O bildirib ki, qalan bloklar üzrə danışıqlar gələn ilin yanvar-fevralında keçirilə bilər: "Danışıqlarda tərəqqi var. Hesab edirəm ki, danışıqlar gələn ilin sonuna kimi bitəcək”.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA