"İsrail adlı dövlət var ki, paytaxtı da Qüds olsun?!" - Koreya lideri Trampı təhqir etdi

img

10-12-2017 [01:15]


Şimali Koreya lideri Kim Çen İn ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarını özünəməxsus tərzdə şərh edib.

Mia.az xarici mediaya istinadən xəbər verir ki, o, açıqlamasında ölkəsinin nüvə silahını sınaqdan keçirməsinə sərt təpki verən Trampın özünün dünya üçün böyük təhlükə olduğunu deyib. 

O, bildirib ki, əslində Şimali Koreya deyil, ABŞ prezidentinin özü növbəti addımla - Qüds qərarı ilə dünyanı təhlükəyə atdığını bir daha təsdiq edib.

Kim Çen İn bildirib ki, belə hərəkətlər Trampın ağlına şübhə yaradır: "Tramp Qüdsü İsrail deyilən dövlətin paytaxtı kimi tanıdığını bəyan edib. Bəyəm İsrail adlı dövlət var ki, paytaxtı da Qüds olsun?".

Bu arada Şimali Koreya Xarici İşlər Nazirliyi də xüsusi bəyanat yayaraq, Trampı Qüds qərarına görə təhqir edib: "Biz sionist bir dövləti tanımırıq. Qüdsü Fələstinin paytaxtı olduğunu bəyan edirik. Tramp əqli cəhətdən əlil bir adamdır. Onun beyni bulanıqdır. Azad bir ölkə olan Koreyanı BMT tribinasından yox etməklə təhdid edən bir adamın Qüdslə bağlı qərarından bu səbəbdən təəccüblənmədik".

XİN Trampın Qüqds qərarını "Düşüncəsiz və şeytanı" olduğunu bəyan edib: "Bu həmlə bütün dünyaya kimin sülhə qarşı bir təhdit olduğunu açıq göstərir".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA